XƏBƏR, HADİSƏ
18-05-2018, 19:39

Türkiyədə avtomobil qəzasında dörd qardaş öldü

Türkiyədə avtomobil qəzasında dörd qardaş öldü Türkiyənin Çankırı şəhərinin Atkaracalar rayonunda avtomobilin dərəyə yuvarlanması nəticəsində dörd nəfər həlak olub.

Qərbinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, qəzada ölən Birol Altuntaş (28), Erol Altuntaş (34), Emgin Altuntaş (38) və Şenol Altuntaş (24) qardaşdırlar.

Hadisəyə sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilib. Qəza yerinə dərhal polis və təcili yarım briqadası cəlb edilib.






Son Xəbər