XƏBƏR, MƏDƏNİYYƏT
18-05-2018, 11:53

Bu gün muzeylərə giriş pulsuzdur

Bu gün muzeylərə giriş pulsuzdur“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərə “açıq qapı” günü elan edib.

Qoruq İdarəsindən Qərbinfo.az-a bildiriblər ki, bu gün ərzində Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, Qala Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksinə ödənişsiz daxil olmaq mümkün olacaq.

Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir.






Son Xəbər