XƏBƏR, MƏDƏNİYYƏT
16-05-2018, 13:46

Şəmkirdə "Kitab bayramı" qeyd edilib

Şəmkirdə "Kitab bayramı" qeyd edilib Şəmkir rayonunda Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatı, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin və Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Kitab bayramı" təşkil edilib.

Qərbinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd etdi ki, Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Ümummilli Lider Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.

Daha sonra çıxış edənlər Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev , Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Sahibə Qafarova Ümummilli Liderin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşdıqlarını bildirblər. Eyni zamanda Azərbaycanda kitabxana işinin inkişafına öz töhfələrini verdiklərini qeyd ediblər.

Sonda iştirakçılar sərgidə olan kitablarla yaxından tanış olublar.
Şəmkirdə "Kitab bayramı" qeyd edilib
Şəmkirdə "Kitab bayramı" qeyd edilib






Son Xəbər