XƏBƏR, MƏDƏNİYYƏT
1-05-2018, 13:21

“Eurovision” təmsilçimiz Kirkorovun doğum günündə

“Eurovision” təmsilçimiz Kirkorovun doğum günündə Rusiyalı məşhur müğənni Filip Kirkorov doğum gününü Lissabonda qeyd edib.

Qərbinfo.az xəbər verir ki, “Eurovision” təmsilçimiz Aysel Məmmədovanın müsabiqə üzrə prodüseri olan Kirkorovun doğum gününə məşhurların axını müşahidə olunub.

Onların sırasında Aleksandr Rbak, Sergey Lazarev və başqa məşhurlar yer alıb.

Tanınmış aparıcı Hüsniyyə Məhərrəmova da qonaqlar sırasında olub.

Ad günündən fotolar və videolar sosial şəbəkədə paylaşılıb.






Son Xəbər