XƏBƏR, MƏDƏNİYYƏT
26-04-2018, 13:19

“Oskar”ın növbəti təqdimatının vaxtı açıqlandı

“Oskar”ın növbəti təqdimatının vaxtı açıqlandı 2019-cu ildə 91-ci dəfə keçiriləcək “Oskar” mükafatlandırma mərasiminin vaxtı bəlli olub.

Qərbinfo.az xəbər verir ki, bu barədə “ABC” kanalı məlumat yayıb.

İlin ən yaxşı filmlərinin bəlli olacağı mərasim 24 fevral 2019-cu ildə baş tutacaq.

7 yanvar tarixində namizədlər üçün səsvermə prosesi başlayıb, 14 yanvar tarixində bitəcək. 22 yanvarda isə mükafat uğrunda mübarizə aparacaq namizədlərin siyahısı təqdim olunacaq.

Sonuncu səsvermə isə 12-19 fevral tarixləri arasında baş tutacaq.

Qeyd edək ki, bu il “Oskar” mükafatlandırma mərasimi mart ayında keçirilib.






Son Xəbər