XƏBƏR, MARAQLI
25-04-2018, 18:38

“Youtube” milyonlarla videonu silib

“Youtube” milyonlarla videonu silib “Youtube” irqçi, cinsi zorakılıq əlamətləri olan və uşaqlar üçün zərərli videoları silməyə davam edir.

Qərbinfo.az xəbər verir ki, şirkət üç ayda 8,3 milyon video silib.

Bu barədə “Google” şirkəti məlumat yayıb.

Videoların silinməsinin ən maraqlı tərəfi isə 80%-nin xüsusi aparatlar tərəfindən həyata keçirilməsidir.

“Youtube” tərəfindən verilən açıqlamaya görə, videoların 76%-i, təxminən 6,7 milyonu isə yayıma girmədən silinib.






Son Xəbər