XƏBƏR, MƏDƏNİYYƏT
13-04-2018, 10:59

Ölkədən gedən turistlərin sayı gələnlərdən çox olub

Ölkədən gedən turistlərin sayı gələnlərdən çox olub 2017-ci ildə ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2005-ci illə müqayisədə 2,1 dəfə artıb.

Qərbinfo.az xəbər verir ki, bunu Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O bildirib ki, ötən il ölkəyə 2696,7 min nəfər gəlib. Son illərdə ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşması nəticəsində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 2005-ci illə müqayisədə 2,2 dəfə artaraq 4108,9 min nəfərədək yüksəlib.






Son Xəbər