MƏDƏNİYYƏT
15-10-2018, 13:02

Xalq Mahnıları Festivalına yekun vurulub

Xalq Mahnıları Festivalına yekun vurulub
Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu mövsümün ilk premyerası – "Bağdadda bir gün” iki hissəli musiqili komediyası nümayiş olunub. Xalq artisti, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında hazırlanan və teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Qərbinfo.az-a teatrdan verilən xəbərə görə, maraqlı və rəngarəng süjet xətti, zəngin səhnə dekorasiyası və peşəkar aktyor ifaları ilə zövq oxşayan tamaşada şərq motivləri ilə yanaşı, milli koloritlərdən də geniş istifadə olunmuşdur. Əsərin süjet xəttindəki hadisələr Bağdad xəlifəsi Harun ər Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir.

Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb.

Böyük diqqət və marağa səbəb olan "Bağdadda bir gün” əsəri barədə xoş təəssüratlarını bölüşən tamaşaçılar yaradıcı heyətə gül-çiçək dəstələri hədiyyə edərək xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, premyerada rolları Əməkdar artistlər Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər Rəşid), Svetlana Bulax (Afət), aktyorlar Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim), Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa edirdilər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.
Xalq Mahnıları Festivalına yekun vurulubXalq Mahnıları Festivalına yekun vurulubXalq Mahnıları Festivalına yekun vurulub






Son Xəbər