MƏDƏNİYYƏT
13-10-2018, 13:59

Musiqili Teatrın dirijoru beynəlxalq tədbirə dəvət alıb

Musiqili Teatrın dirijoru beynəlxalq tədbirə dəvət alıb
Oktyabrın 21-də Rusiyanın Mordoviya Respublikasının İ.M.Yauşeva adına Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq. Baletin nümayiş Mordoviya Respublikasının Mədəniyyət, Milli siyasət, Turizm və Arxiv işləri Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

İ.M.Yauşeva adına Dövlət Musiqili Teatrının rəhbərliyi P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi, Xalq artisti Fərəc Qarayevin məsləhəti ilə Azərbaycan Dövlət Musiqili Teatrın gənc və istedadlı dirijoru Orxan Həşimovu bu baletdə orkestri idarə etməsi üçün dəvət edib.

Qərbinfo.az xəmər verirr ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda diplomla təltif edilib. Hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik Orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik Orkestri və Budapeşt MAV Simfonik Orkestri ilə əməkdaşlıq edir.






Son Xəbər