MƏDƏNİYYƏT
10-10-2018, 20:48

Milli kinomuzun 120 illiyinə həsr edilmiş fotosərgi açılacaq

Milli kinomuzun 120 illiyinə həsr edilmiş fotosərgi açılacaq
Oktyabrın 12-də Muzey Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi açılacaq. Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşəcək.

Dövlət Film Fondundan Qərbinfo.az-a bildirilib ki, sərgidə sovet dönəmində istehsal olunmuş klassik Azərbaycan filmlərinin çəkiliş proseslərini əhatə edən 50 foto təqdim olunacaq.






Son Xəbər