MƏDƏNİYYƏT
9-10-2018, 12:13

Gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq

Gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq
Bakıda oktyabrın 15-dən 18-dək gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsi keçiriləcək.
Qərbinfo.az-ın məlumatına görə, müsabiqə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşəcək.

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq müsabiqə qaliblərin mükafatlandırılması və qala konsertlə başa çatacaq.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə oktyabrın 14-dən 28-dək təşkil ediləcək.






Son Xəbər