MƏDƏNİYYƏT
5-10-2018, 18:00

Qubada Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Qubada Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Quba rayon MKS-nin Qırmızı qəsəbə Kitabxanasında Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar “Ömür yollarında” mövzusunda tədbir keçirilib.
Qerbinfo.az-a Mədəniyyət Nazirliyindən verilən xəbrə görə, tədbirin təşkilatçıları kitabxananın filial müdiri Leyla Məmmədova çıxışında “Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə başlayıb. "Yanın işıqlarım”, “Vətən torpağı”, “Necə unudum səni? adlı şeirlərin, “Məndə insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” fəlsəfi-psixoloji səpkidə yazılmış poemaların müəllifidir. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, 1 medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabddin Tağıyev adına 8 milli mükafatın laureatıdır. Onun adına “Məmməd Araz” mükafatı təsis olunub"– deyə qeyd edib.

Sonra söz tədbir iştirakçılarına verilib.

Tədbirdə iştirak edən 2 saylı məktəbin müəllimləri şairin həyat və yaradıcılığı, onun şeirlərində Azərbaycan təbiətinin gözəlliklərinin canlandırılmasından bəhs ediblər. Sonda 2 saylı məktəbin şagirdləri ədəbi, bədii kompozisiya ilə çıxış ediblər.






Son Xəbər