MƏDƏNİYYƏT
26-09-2018, 16:00

“Şur dünyası” adlı konsert keçirilib

“Şur dünyası” adlı konsert keçirilibBeynəlxalq Muğam Mərkəzində “Şur dünyası” adlı konsert olub. Qerbinfo.az-ın məlumatına görə, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilən konsert proqramı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı ilə birgə reallaşdırılıb.

Konsertdə Xalq artistləri Aygün Bayramova, Gülyanaq Məmmədova və Əməkdar artist Ehtiram Hüseynov tərəfindən xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər səsləndirilib.

Konsert proqramı böyük maraqla qarşılanıb.

Tural Əliyev






Son Xəbər