MARAQLI
1-10-2018, 19:45

SSRİ-nin ilk qatil manyakı erməni olub MARAQLI FAKT

SSRİ-nin ilk qatil manyakı erməni olub MARAQLI FAKT
SSRİ-nin ilk qatil manyakı-İonesyan
İonesyan 1937-ci ildə Tiflisdə anadan olub, milliyyətcə ermənidir. Uşaqlıqda yaxşı mahnı oxuyurmuş və valideynləri onun vokal qabiliyyətini həvəsləndirirmiş.
Orta məktəblə yanaşı musiqi məktəbini də bitirən İonesyanı Tiflis Dövlət Konservatoriyasına yaxşı tələbə kimi imtahansız qəbul edirlər. İkinci kursdan o, teatra işləməyə gedir və 1963-cü ilin dekabrına qədər orada işləyir.
İonesyanın bioqrafiyası haqda ziddiyyətli məlumatlar var. Bəzi mənbələrə görə, o, məktəbdə oxuyanda atasını maliyyə maxinasiyalarına görə həbs ediblər. İonesyan özü isə məktəbi bitirəndə oğurluğa görə tutub 5 il şərti iş veriblər.
Həmçinin belə deyilir ki, İonesyanı əsgərliyə çağırdıqları üçün konservatoriyanı atıb. Əsgərliyə yararsız olduğu haqda həkimlərdən kağız alsa da hərbi komissarlıqda kağızı cıraraq onu ordudan yayınmaq ittihamı ilə həbs ediblər.

Bəzi mənbələrə görə, İonesyan doğrudan da əsəb xəstəsi imiş, bəzi mənbələr isə valideynlərinin onu bu adla əsgərlikdən saxlamağa çalışdıqlarını deyir. Ordudan yayınmağa görə iki il yarım həbs cəzası alan İonesyan azadlığa buraxılandan sonra yenidən əsgərliyə çağrılır. Bu dəfə də onu əsəb dispanserinə qaytarırlar və nəhayət xidmətə yararsız olduğu haqda sənəd verib buraxırlar.
Bir müddət sonra İonesyan Tiflis konservatoriyasının Medeya adlı məzunu ilə evlənir, ondan bir oğlu olur. Özünə yaxşı iş tapa bilməyən İonesyan qrup halında oğurluğa girişir, tutulur və 5 il şərti həbs cəzası alır. Arvadı onu oğru yoldaşlarından ayırmaq üçün İonesyanla birlikdə Orenburqa köçür. İonesyan orada musiqili komediya teatrında solist-tenor, bəzi məlumatlara görə isə konsertmeyster işləməyə başlayır.
Və İonesyanın həyatında dönüş də buradan yaranır. 1963-cü ilin noyabrında Orenburq teatrında işləməyə Kazandan arvadı ilə birlikdə hansısa rəssam gəlir. O da öz növbəsində özüylə balerina Alvetina Dmitriyevanı (1942-ci ildə anadan olub) Kazana gətirir. Rəssamın ailəsi və Alvetina İonesyanın ailəsi ilə qonşuluqda məskunlaşır. Çox keçmədən Vladimirlə Alvetina arasında məhəbbət romanı başlayır.
SSRİ-nin ilk qatil manyakı erməni olub MARAQLI FAKTAlvetina Dmitriyeva
Ancaq teatrın direktoru Alvetinanın işindən narazı idi və onun teatra yaramadığını, yaxşı rəqs edə bilmədiyini deyib qızı işdən çıxarır. İonesyan sonradan dindirmədə deyirdi ki, bu hadisə onu sarsıtmışdı və “bütün mənalarda çox yaxşı adama” kömək etməyi qərara aldı.
İonesyan Alvetinaya təklif edir ki, birlikdə İvanovo şəhərinə köçsünlər. Orada erməninin keçmiş rejissor olan tanışı yaşayırdı. Alvetinaya görə İonesyan ailəsini və uşağını atır, işdən çıxır. Ancaq Alvetina onunla getmək istəmirdi və İonesyan qızı inandırmaq üçün yalandan KQB işçisi olduğunu, öz əlaqələrindən istifadə edib onu Böyük Teatrda işə düzəldəcəyini deyir.
Ancaq İvanovoda İonesyanın işləri gətirmir, o, Alvetina ilə birlikdə Moskvaya yollanır. Alvetinanı aldadır ki, Almaniyada ölən dayısı ona Moskvada xeyli mal-mülk miras qoyub. Moskvada Vladimir və Alvetina Riqa vağzalının yaxınlığında kirayə ev tuturlar. Ancaq Dmitriyevanı paytaxt teatrlarından heç biri işə götürmür və pulsuz qalan İonesyan köhnə sənətinə – oğurluğa əl atır. Tez-tez oğurluğa gedərkən Alvetinanı aldadır ki, KQB-nin tapşırığı ilə müxtəlif mühüm vəzifələri yerinə yetirməlidir.

1963-cü il, dekabrın 20-dən başlayaraq Moskvada törədilmiş amansız qətllər bu böyük şəhərin əhalisini qorxuya saldı. Şəhər cəmi bir neçə gün ərzində mühasirədəki qalaya çevrildi, ölümcül qorxmuş adamlar qapılarına yeni qıfıl alır, pəncərələrinə dəmir barmaqlıqlar salır, kişilər ciblərində qatlama bıçaqla və ya mətbəx bıçağı ilə gəzir, uşaqlar ancaq qrup halında küçəyə çıxır.
“Mosqaz”ın bir neçə işçisi isə qəddarcasına döyüldükdən sonra milisə təhvil verilir.
Şəhərin bütün vağzalları, aeroportları, metro stansiyaları və avtobus marşrutları nəzarət altına alınır, mülki geyimli əməliyyatçılar küçələrdə növbə çəkir. Ancaq həmin qəddar qətli törətmiş qafqazlını (şahid ifadələri manyakın qafqazlı görkəminə malik olduğunu demişdi) yaxalamaq heç cür mümkün olmurdu və o, hər dəfə aradan çıxırdı.
Qanlı manyakın ilk qurbanı 11 yaşlı Kostya Sobolev olmuşdu. 1963-cü il, dekabrın 20-də Moskvanın Sokol rayonunda, Baltiysk küçəsində hava təzəcə işıqlaşmışdı ki, hündürboy, yaxşı görkəmli kişi peyda oldu. O, özünü “Mosqaz” əməkdaşı kimi təqdim edərək əminliklə mənzillərə zəng edir, qaz plitələrinə profilaktik baxış keçirirdi. Əslində isə o, təkcə qaz plitələrinə deyil, mənzillərə də baxış keçirirdi: mebellər hansındandır, divarda şəkillər varmı, servantda qiymətli əşyalar saxlanılırmı, ən əsası isə gündüzlər evdə kim olur.
Sadəlövh yaşlı qadınlar qayğıkeş qaz nəzarətçisinin cibindən çıxardığı dəftərə həvəslə imza atır, mənzillərində qaz cihazlarına baxış keçirildiyini təsdiq edirdilər. Onu tez-tez çaya, peçenyeyə qonaq edirdilər, isinmək üçün evə çağırırdılar. Ancaq nəyə görəsə heç vaxt qulaqlarını arxadan bağladığı qulaqlı papağını başından çıxarmayan “nəzarətçi” nəzakətlə rədd cavabı verirdi, işlərinin çox olduğunu deyib gedirdi. Mənzillərdən biri kasıb olduğu üçün onun xoşuna gəlmirdi, digərində gündüzlər iki-üç adam olurdu. Nəhayət, on birinci mənzil onun xoşuna gəldi. Qapını nəyə görəsə onu görəndə qorxan oğlan uşağı açdı.
“Mosqaz”-qafqazlı özünü təqdim edir: -Plitə qaydasındadır? Qaz sızması yoxdur ki?
-Bilmirəm,-oğlan cavab verir.-Özünüz baxın.
-Bəyəm sən evdə təksən?- ”nəzarətçi” maraqlanır.
-Təkəm,-uşaq cavab verir.
-Bəs niyə belə hirslisən?
-Hirsli deyiləm, sadəcə tez oyanmışam. Ev tapşırığını həll eləyə bilmirəm, cavabı düz çıxmır.
-Hə? Bu ki boş şeydir, biz indi bu məsələni həll edərik. Ancaq sən əvvəlcə qaz plitəsini göstər.
-Odur, baxın,-oğlan mətbəxə tərəf addımlayır.
Və bu addım onun həyatının son addımı olur. Onun arxasınca addımlayan “nəzarətçi” çantasından baltanı çıxarır və var gücü ilə uşağın başından zərbə endirir. Sonra yenə və yenə balta zərbələri. Oğlanın öldüyünə əmin olan “nəzarətçi” qiymətli əşyaları axtarmağa başlayır. Ancaq qəniməti elə də çox olmur: uşaq sviteri, bir flakon ucuz odekolon, günəş eynəyi və 60 rubl pul...SSRİ-nin ilk qatil manyakı erməni olub MARAQLI FAKT
Qapını səliqə ilə bağlayan qatil küçəyə çıxır və Alvetinanın görüşünə gedir. Qız sevincindən atılıb-düşür. Özünü sevgilisinə “KQB işçisi” qələmə vermiş qatil “vəzifəni uğurla yerinə yetirdiyini” deyir.
“Bəs bizim Mərkəzu Univermaqdan aldığımız balta işə yaradı?” – qız soruşur.
“İşə yaradı. Mən Vətənin qoyduğu vəzifəni yerinə yetirdim və o yaramazı həmin balta ilə öldürdüm”- qatil deyir.
“Bəyəm o ölümə layiq idi?” – qız soruşur.
“Özü də necə! O, ölkəmizə böyük zərbə vura bilərdi. KQB mayoru kimi mən bu tipi aradan götürmək əmri almışdım və əmri yerinə yetirdim. Sən isə mənə kömək etdin, bu da kiçik hədiyyə”- manyak öldürdüyü uşağın sviterini ona verir.
Bir gündə üç “tapşırıq”
İonesyan və sevgilisi həmin gün Moskvanı tərk edib qatarla İvanovoya yola düşür. Qatil Alvetinaya deyir ki, əmrə əsasən Moskvanı təcili tərk etməlidir. İvanovoda onlar təsadüfən rastlaşdıqları qadının mənzilində kirayə qalırlar. Bir-iki gün şəhərdə dolaşandan və izlənilmədiyinə əmin olandan sonra “KQB mayoru” yeni qurbanını axtarmağa başlayır.
Dekabrın 25-də o, İvanovoda eyni üsulla ikinci, üçüncü və dördüncü qətli törədir. Özünü “qaz işçisi” kimi təqdim edərək Kalinina küçəsindəki mənzillərdən birinə daxil olur. Həmin vaxt evdə tək olan 12 yaşlı Mixail Kuleşovu baltalayaraq öldürür, onun pencəyini, koftasını, iki avtoqələmini və bir neçə istiqrazı götürərək evdən çıxır.
Çox keçmədən başqa mənzildə 74 yaşlı qadını baltalayıb öldürür və onun mənzilindən cib fonarını, 70 qəpik pulu götürərək gedir. Daha sonra yenidən Kalinina küçəsinə qayıdaraq mənzillərdən birində 15 yaşlı Qalina Petropavlovskayanı zorlayır, sonra başına balta ilə bir neçə dəfə zərbə endirir. Mənzildən sviter, kofta, dəsmal və 90 rubl pul götürüb gedir. Ağır yaralanan qız təsadüfən sağ qalır və İonesyanın zahiri görkəmini təsvir edə bilir.
Qəddar qətlləri törədəndən sonra İonesyan balerina sevgilisinin yanına qayıdır. Ona deyir ki, iş günü çox ağır olub, öldürməli olduğu tiplərdən biri sərt müqavimət göstərib və sifətini cırmaqlayıb. Əslində isə bu, İonesyanın zorladığı Qalinanın barmaq izləri idi. Həmin gün axşam İonesyan və Dmitriyeva İvanovodan qaçırlar.
Erməni manyak sevgilisinə deyir ki, “dövlət tapşırığını” yerinə yetirdiyi üçün onu öldürə bilərlər və bu səbəbdən qaçmaq lazımdır. İonesyanla Dmitriyeva Moskva istiqamətində 10 kilometr piyada getdikdən sonra avtobusa minirlər.
Dekabrın 26-da Moskvaya gələn İonesyan və Dmitriyeva Riqa vağzalının yaxınlığında Korenkova adlı qadının mənzilində kirayə qalırlar. Həmin vaxt İvanovoda törədilmiş qəddar qətllər haqda xəbər Moskvaya yayılmışdı və məlum olurdu ki, bütün bu cinayətləri eyni adam törədir.
İşi SSRİ rəhbərliyi nəzarətə götürür, Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun əmri ilə Nazirlər Kabinetinin sədri Aleksey Kosıgin istintaqa nəzarət etməyə başlayır. Daxili işlər naziri, KQB sədri istintaq qrupunda yer alır.

Lakin qatili tutmaq üçün göstərilən bütün səylər boşa çıxırdı. Qatil azadlıqda gəzirdi. Üstəlik dekabrın 28-də o, pusqudan çıxır və yeni iş dalınca gedir. Bu dəfə qatil özünü “Mosqaz” işçisi kimi təqdim edib Leninqrad prospektindəki mənzillərdən birinə daxil olur və 11 yaşlı Saşa Lisovetsi eyni amansız üsulla – balta ilə doğrayaraq öldürür.
Mənzildəki qanlı izlərdən məlum olurdu ki, uşaq birinci zərbədən sonra qaçıb xilas olmaq istəyib və tualetdə gizlənib, ancaq manyak qapını sındıraraq onu orada öldürüb. Uşağın qətli qəddarcasına törədildiyi kimi mənasız idi: sadist evdən nə pul, nə əşya aparmamışdı, şkaf olan otağın qapısı qıfıllı olduğundan onu aça bilməmişdi.
Manyak iki həftə “işsiz” oturur və Yeni il tətilindən sonra orijinal ssenari tətbiq edərək hərəkətə keçir. Həmin günlərdə Şeremetyevo küçəsində yeni təhvil verilmiş binaya sakinlər köçürdü. Mənzillərdə çatışmazlıqlar çox idi və İonesyan məhz bundan istifadə etməyi qərara alır. Özünü tikinti trestinin işçisi kimi təqdim edərək mənzillərdəki çatışmazlıqları qeydə almağa başlayır. Sakinlər onu həvəslə içəri buraxırdılar və İonesyan görülməli işləri öz bloknotuna qeyd edirdi.
Nəhayət, o, Mariya Yermakovanın mənzilinə gəlir. Qadının şikayəti çox olduğundan İonesyan ona təklif edir ki, oturub bütün şikayətlərini yazsın. Qadın stula oturur və vərəq götürüb “Ərizə” sözünü yazır. Ancaq bu, onun edə biləcəyi son hərəkət olur. İonesyan çantasından baltanı çıxardaraq qadının başına zərbələr endirir. Evdən saat, corablar, pryanik, 30 rubl pul və “Start-3” markalı köhnə televizoru götürüb çıxır.
Sonradan təhqiqatçılar etiraf edirdilər ki, İonesyan həmin televizora tamah salmasaydı, bəlkə də heç vaxt ələ keçməzdi. Və budur, döşəkağına bükülmüş televizor aparan kişi küçədə peyda olur və yoldan keçən maşınlara əl edib onu da aparmalarını istəyir. Nəhayət, “samosval” tipli yük maşınının sürücüsü əyləcə basır və İonesyan maşına oturur.
SSRİ-nin ilk qatil manyakı erməni olub MARAQLI FAKTBu vaxt sahə müvəkkili Malışev təsadüfən səhnəni görür və şübhələnir, hər ehtimala qarşı maşının nömrəsinin son rəqəmlərini yadda saxlayır – 96.
Həmin axşam Malışev 46 yaşlı qadının qətli və evindən televizorun oğurlanması haqda eşidir. “Təsadüfən bu, həmin televizor deyildi ki?”-Malışev fikirləşir və tez cinayət axtarışı idarəsinə zəng edir.
Əməliyyatçılar tezliklə “samosval”ın nömrəsini müəyyən edirlər: MOJ 96-26. Sürücünü yuxudan oyadırlar, o, təsdiq edir ki, tanımadığı şəxsi maşına götürüb və Riqa vağzalı tərəfdə düşürüb.
Geridə qalanı artıq işin texnikası idi. Tezliklə müəyyən edilir ki, İonesyan oğurladığı televizoru qonşuluqda yaşayan qadına satıb. Əməliyyatçılar qatilin izini tapdıqları haqda dərhal nazirə, o da öz növbəsində Kosıginə, Kosıgin isə Xruşşova məruzə edir.
Bütün Moskva milisi həyəcan siqnalı ilə ayağa qaldırılır. İonesyanın qaldığı mənzilə daxil olan əməliyyatçılar orada balerinanı görürlər.
-Hanı o?-qəzəbli əməliyyatçılar Alvetinadan soruşur.
-Bilmirəm, yəqin yenə hansısa tapşırıq dalınca gedib.
-Nə tapşırıq? Nəyi nəzərdə tutursan?
-Vətənin tapşırığı,-Alvetina fəxrlə cavab verir,-əgər sizi detallar maraqlandırırsa, KQB-yə zəng edin. Volodya orada xidmət edir, mayordur.
Bu gözlənilməz xəbərdən heyrətə düşən əməliyyatçılar dərhal daxili işlər nazirinə, o da öz növbəsində KQB sədrinə zəng edir. KQB sədri gecə yarısı olmasına baxmayaraq bütün strukturu ayağa qaldırır. Kadrlar şöbəsinin işçiləri kartotekaları qarışdırır, generallar polkovnikləri, polkovniklər mayorları ora-bura qovur.
Nəhayət, bir neçə saatlıq araşdırmadan sonra məlum olur ki, KQB-də İonesyan Vladimir adlı heç bir əməkdaş xidmət etmir və etməyib.
Nəhayət, ”Mosqaz” yaxalanır.

Alvetinanı dindirən əməliyyatçılar öyrənirlər ki, İonesyanın növbəti “tapşırığı” Kazanda olacaq.
“Mən onu Kazanda, vağzalda qarşılayacam, artıq bilet almışam və sabah ora gedirəm”-balerina cavab verir.
Əlbəttə ki, Alvetinanı dərhal həbs edib təkadamlıq kameraya salırlar. Mənzildə axtarış aparan əməliyyatçılar manyakın qurbanlarının əşyalarını aşkar edirlər. Həmçinin İonesyanın sonrakı marşrutunu göstərən qeydləri tapırlar-İvanovo, Kazan, Ryazan, Yaroslavl, Orenburq…
İonesyanın heç yerdə fotosu olmadığından əməliyyatçılar onu üzdən necə tanıyıb yaxalamağı bilmirdi.
SSRİ-nin ilk qatil manyakı erməni olub MARAQLI FAKTİctimai asayişin mühafizəsi naziri Tikunov
RSFSR ictimai asayişin mühafizəsi naziri (indiki daxili işlər naziri) bütün təcrübəli əməliyyatçıları gecə yarısı kabinetinə yığıb əməliyyat planı hazırlayır.
Plana əsasən qismən Alvetinaya oxşayan əməliyyatçı qadın qrimlənərək Kazan vağzalında İonesyanı qarşılamalı idi. Plan baş tutur və İonesyan yanvarın 12-də Kazan vağzalında qatardan çıxan kimi perronda onu gözləyən “sevgilisi”inə tərəf qaçır, dərhal yaxalanır. Yanvarın 13-də radio ilə elan edilir ki, ölkəni lərzəyə salan manyak nəhayət yaxalanıb.
SSRİ-nin ilk qatil manyakı erməni olub MARAQLI FAKTNikita Xruşşov
Belə məlumatlar var ki, İonesyanı yaxaladıqdan sonra onu baş prokuror Rudenkonun və Xruşşovun yanına aparıblar. Xruşşov İonesyana baxıb və deyib: ”Elə edin ki, iki həftə sonra bu adam mövcud olmasın”.
Prokurorluq bu əmrə əsasən İonesyanın istintaqını bir neçə günə tamamlayır, manyak törətdiyi bütün qətlləri boynuna alır. Birinci qətli pula görə törətdiyini deyir, o biri qətlləri izah edə bilmir. Əsəb xəstəsi olduğunu deyir. Məhkəmə bir neçə günə hökmü çıxarır və iki həftədən sonra İonesyan güllələnir. Onun cinayət ortağı olan Alvetina isə 15 il həbsə məhkum edilir, sonradan cəzasının yarısını çəkəndən sonra azadlığa buraxılır.
SSRİ rəhbərliyi göstəriş verir ki, qəddar manyakın törətdiyi cinayətlərin ölkədə əlavə xof yaratmaması üçün onun məhkəməsi qapalı keçirilsin. KİV-lərdə isə qısa rəsmi informasiya verilsin. Bu səbəbdən İonesyanın törətdiyi cinayətlərin motivi və manyakın işinin digər detalları indiyə qədər də qapalı qalıb. Onun dindirilməsinə dair istintaq protokolları yalnız 2012-ci ildə mətbuata sızıb. İonesyanın əməlləri barədə filmlər, seriallar çəkilib.

Tural Əliyev, Qerbinfo.az






Son Xəbər