MARAQLI
29-09-2018, 22:49

Mənzildə otaqların havalandırılmasına diqqət yetirmək tövsiyə olunur

Mənzildə otaqların havalandırılmasına diqqət yetirmək tövsiyə olunur
ox təəssüf ki, inşa edilmiş hündürmərtəbəli binalarda, iş yerlərində, məktəblərdə və xəstəxanalarda havalandırma üçün qoyulan bacaların bir çoxunun işləmə vəziyyəti qənaətbəxş deyil.
Mənzildə olan bütün otaqların havalandırılmasına diqqət yertirilməlidir. Otağın havasını pəncərələri açmaqla və ionizatorlardan istifadə etməklə dəyişmək olar. Havalandırıcı bacaların işləmə vəziyyətini yoxlamaq üçün yanan şamı onlara yaxınlaşdırmaq lazımdır. Alovun baca tərəfə əyilməsi onların normal işləməsi deməkdir. Əgər alov öz istiqamətini dəyişməzsə, bu deməkdir ki, baca tutulub və təmizlənməsinə ehtiyac var.
Ailədə ürək-damar sistemi xəstəliyindən əziyyət çəkən varsa, hamamı yalnız pəncərənin açılması ilə havalandırmaq olmaz. Mütləq elektrik havalandırıcıdan da istifadə edilməlidir. Mətbəxdə isə daha güclü havalandırıcıdan istifadə etmək tövsiyə olunur. Çünki qaz ocağının yanması zamanı sağlamlıq üçün təhlükəli olan azot oksidləri havaya buraxılır. Əlbəttə, qaz ocağını elektrik ocaqla əvəzləmək yaxşı olardı. Lakin mətbəxdə olan kiçik bacanı hər zaman açıq saxlamaqla da havanı dəyişmək mümkündür.
Qerbinfo.az xəbər verir ki, bu barədə kimya elmlər namizədi Abuəli Hüseynli yerli saytlardan birinə məlumat verib.
O, bildirib: “Mütəxəssislərin fikrinə görə, məişət qazının yanması nəticəsində meydana çıxan maddələr güclü kanserogen xassəyə malikdirlər. Həmin qazlar tamamilə yanmadıqda dəm qazı yaranır. Bu qazla nəfəs aldıqda isə həmin maddələr hemoqlobin ilə reaksiyaya girərək orqanizmin oksigenlə qidalanmasının qarşısını tamamilə kəsir ki, bu da ümumi zəiflik əmələ gətirir. Mətbəxdə sintetik materiallardan istifadə etmək məsləhət görülmür. Plastik materiallar mexaniki zədələnmələr baxımından davamlı olsa da gigiyenik deyillər. Bu məhsullar temperatur artdıqca özlərindən xoşagəlməz qaz buraxırlar. Ona görə də mətbəxdə ekoloji zərərsiz təbii materiallardan istifadə etmək daha məqsədəuyğundur”.
Mütəxəssis mənzillərdə havalandırma məqsədilə istifadə edilən kondisionerlərin faydalarından da danışıb: “Kondisionerlər otaqda havanın temperaturunu normaya salmaqla yanaşı, istidən, çirkli havadan, pozitiv aeroionlardan, quru və zərərli tozlardan xilas edə bilər. Kondisioner işlədiyi zaman evin temperaturunu 20 dərəcədən aşağı salmaq olmaz. İnsanların əksəriyyəti məişət kondisionerlərinin küçədəki havanı evə ötürdüyünü düşünürlər. Əslində bu belə deyil. Müasir kondisionerlərin havalandırma rejimi yalnız kanal və kaset tipli olduğu üçün evlərə havanı təmizləyərək verə bilir. Belə kondisionerlərdə filtrlər var. Bu filtrlər ağciyərləri siqaret tüstüsü, qoxular, toz və başqa zərərli maddələrdən qoruyur. Filtrləri dəyişməyə ehtiyac yoxdur, lakin arabir onları ilıq su ilə yumaq lazımdır”.






Son Xəbər